Ermənistanın ədliyyə naziri Qriqor Minasyan istefaya
yollanmaq barədə qərar verib.
News365.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki,
bu barədə məlumatı Minasyan özü açıqlayıb.
“Bu gün istefaya göndərilməyimlə bağlı keçirilən imza
toplanması prosesinə qoşulmaqla bağlı qərar verdim”, - deyə erməni nazir qeyd
edib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın hakim “Vətəndaş
müqaviləsi” fraksiyası Minasyanın vəzifəsindən uzaqlaşdırılması ilə bağlı imza
toplanmasına başlayıb. Partiya toplanan imzaları Baş nazir Nikol Paşinyana təqdim
etməyi planlaşdırırdı.