Xəbər verdiyimiz kimi səhər saatlarından başlayaraq Ermənistanda etiraz aksiyası keçirilir. Kazax icmasının sakinləri səhər saatlarında yolu bağlayaraq 59 saylı avtobus marşrutunun bərpasını tələb ediblər. yerli media yazır ki, polis zorakılıqla aksiyanı dağıdıb.
"Onlar İrəvan-Aştarak avtomobil yolunu bağlayıblar, lakin polis etirazçıları saxlamaq üçün güc tətbiq edib. Sakinlərdən biri 17 yaşlı oğlunun da saxlanıldığını bildirib. Hadisə yerində çalışan jurnalistlərin məlumatına görə, Daxili İşlər Nazirliyi polisin qanuni tələbinə tabe olmadıqları üçün 11 nəfərin saxlanıldığını bildirib",- "Mamul" nəşri yazıb.
Bundan əvvəl aksiya zamanı qırmızı beretlilərdən birinin jurnalisti vurmaını əks etdirən kadrlar da yayılmışdı.
Tural