Ermənistanda etiraz aksiyası keçirilib - VİDEO

Ermənistanda etiraz aksiyası keçirilib - VİDEO
05 İyn 2025 10:37

Ermənistanda sosial-iqtisadi böhran dərinləşməkdədir. Yerli medianın yaydığı məlumata görə bölgələrdə əhali tez-tez etiraz edir, sosial problemlərdən cana yığıldıqlarını bəyan edirlər.

Məsələn, bu gün Kasax icmasının sakinləri səhər saatlarından kəndin mərkəzinə toplaşaraq etiraz aksiyası keçiriblər. Onlar əvvəllər də bir neçə dəfə Aştaraka gedən yolu bağlayıblar. Səbəb isə odur ki, 59 saylı avtobus artıq kəndə qədər getmir. Onun yerinə gediş haqqı baha olacaq avtobus xəttə buraxılacaq: "Kəndlilər hökumət nümayəndələri ilə görüşlər keçirsələr də, məsələ həllini tapmır. Kənd camaatı dedilər ki, bu gün yolu bağlayacaqlar. Sonda isə bəlli oldu ki, qubernatorla razılığa gəliblər, iclas keçiriləcək, məsələ yenidən müzakirə olunacaq. Onlar kəndə çatmaq üçün 59 saylı avtobusun qayıtmasını istəyirlər. ikinci variant kimi isə Kasax sakinlərini kənddən İrəvana gedən magistral yolun hissəsinə qədər aparacaq ictimai nəqliyyat təklif edilir".


Tural


Sizin reklam burada
Sizin reklam burada