Ermənistan tarixində bir ilk: Azərbaycanlılar da tədbirə dəvət olunub

Ermənistan tarixində bir ilk: Azərbaycanlılar da tədbirə dəvət olunub
15:38

16 yaşadək basketbolçuların C divizionu üzrə Avropa çempionatı ilk dəfə olaraq İrəvanda keçiriləcək.

News365.az xəbər verir ki, bu məlumatı Ermənistan Basketbol Federasiyası yayıb.

Kişilər arasında U-16 C divizionu üzrə Avropa çempionatının 2026-cı ildəki təşkilat hüququ İrəvana verilib. Turnir 2026-cı il iyulun 4-dən 12-dək keçiriləcək.

İştirakçı yığmalar bunlardır: Ermənistan, Albaniya, Azərbaycan, Moldova, San-Marino, Malta, Cəbəllütariq, Andorra, Kosovo.


Sizin reklam burada
Sizin reklam burada