Ermənistan Azərbaycanla sülh sazişinin imzalanma vaxtı və məkanı barədə məsləhətləşmələrə başlamağa hazırdır.
News365.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib,
Nazir bildirib ki, Azərbaycan tərəfi də bu məsələyə dair öz mövqeyini açıqlayıb. Onun sözlərinə görə, hazırda bəzi ilkin şərtlər müzakirə olunur. Həmin məsələlərdən biri də ATƏT-in Minsk qrupunun fəaliyyətinə son verilməsidir.
“Bu bizim üçün qəbul ediləndir. Əgər sülhə nail olunursa, bu halda münaqişə ilə bağlı ayrıca quruma ehtiyac da qalmır,” – deyə Mirzoyan vurğulayıb.
O əlavə edib ki, həm Minsk qrupunun fəaliyyətinin dayandırılması, həm də sülh müqaviləsinin imzalanması prosesləri paralel şəkildə həyata keçirilməlidir.