Ermənistan ordumuza ATƏŞ AÇDI

Ermənistan ordumuza ATƏŞ AÇDI
05 Mar 2025 14:03

Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. 

News365.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumatda deyilir ki, martın 4-ü saat 22:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.


Sizin reklam burada
Sizin reklam burada