Ermənistan Ağrı dağını simvollardan çıxarır – İdeoloji dönüş və regional təsirlər

Ermənistan Ağrı dağını simvollardan çıxarır – İdeoloji dönüş və regional təsirlər
11:24

Ermənistan hökumətinin Ağrı dağını dövlət simvollarından çıxarmaq təşəbbüsü ilkin baxışda texniki dəyişiklik kimi görünə bilər, lakin əslində ideoloji dönüşdür.

Ağrı dağı uzun illər erməni siyasi kimliyinin mifik dayaqlarından biri hesab edilirdi və indi rəsmi İrəvan bu simvoldan imtina etməklə cəmiyyətinə yeni siyasi reallığı təlqin etməyə çalışır.

Politoloq Tural İsmayılov News365.az-a açıqlamasında bildirib ki, bu addım həm də Türkiyə ilə normallaşma prosesinə psixoloji zəmin hazırlamaq cəhdi kimi qiymətləndirilə bilər.

Simvoldan imtina dolayısı ilə tarixi iddialardan uzaqlaşma mesajı verir. Digər tərəfdən, bu qərar ölkə daxilində narazılıq yaradır və radikal kəsim tərəfindən xəyanət kimi qiymətləndirilir.

İsmayılov qeyd edir ki, İrəvan bu riskləri iqtisadi və siyasi səbəblərlə şüurlu şəkildə gözdən keçirir. Lakin simvolların dəyişməsi hələ real siyasətdə köklü dönüş anlamına gəlmir. Əsas məsələ budur ki, bu simvol dəyişikliyi regional barışa xidmət edəcəkmi, yoxsa sadəcə daxili və xarici auditoriya üçün kosmetik jest olaraq qalacaq.


Sizin reklam burada
Sizin reklam burada