Erməni polkovnik: “3-cü korpusun komandiri satqındır“

Erməni polkovnik:  “3-cü korpusun komandiri satqındır“
24 Apr 2024 14:36

Xəbər verdiyimiz kimi İrəvanın Qazaxın işğalda qalmış 4 kəndini geri qaytarması erməni cəmiyyətində birmənalı qarşılanmayıb.

Ermənistanda etiraz aksiyaları keçirilir, ictimai-siyasi fəallar revanşist çağırışlar edirlər. 

Məsələn, ehtiyatda olan polkovnik Qriqor Qriqoryan erməni cəmiyyətinin düşdüyü durumdan gileylənib. O, aksiyaların keçirildiyi Kirançda jurnalistlərə açıqlamasında Azərbaycana geri qaytarılan torpalara nəzarət eləmiş ordu korpusunu sərt şəkildə tənqid edib.

“3-cü Ordu Korpusu həmişə öz döyüş effektivliyi ilə seçilib və Ermənistan Silahlı Qüvvələrinin ən yaxşı bölmələri burada olub. Təəssüf ki, bu gün korpus öz relsindən çıxıb. Bu, qoşunların Azərbaycana qaytarılan ərazilərdən çıxarılması zamanı baş verdi. Açıq şəkildə deyirəm ki, 3-cü Ordu Korpusunun komandiri Tsakanyan Alik satqındır. O, xəyanətkar addım ataraq qoşunları geri çəkdi. Bu prosesdə iştirak edən ordunun Baş Qərargahı da günahkardır. Onların hamısı vətən xainidir və türmələrdə çürüməklə cavab verəcəklər”.- ehtiyatda olan polkovnik deyib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər