Ərdoğandan hakimin döyülməsi ilə bağlı AÇIQLAMA

Ərdoğandan hakimin döyülməsi ilə bağlı AÇIQLAMA
12 Dek 2023 09:14

Türkiyə Prezidenti Rəcəb Tayayib Ərdoğan ölkə çempionatında "Ankaragücü" - "Çaykur Rizespor" matçından sonra hakimin döyülməsi ilə bağlı məsələyə münasibət bildirib.

Bu barədə dövlət başçısı "X" hesabında paylaşım edib.

"Ankaragücü" - "Çaykur Rizespor" matçından sonra baş hakim Halil Umut Melərə edilən hücumu qınayır, ona tezliklə şəfa diləyirəm. İdman sülh və qardaşlıq deməkdir. İdman zorakılıqla bir araya sığmır. Türkiyə idmanında şiddətin olmasına heç vaxt icazə verməyəcəyik", - deyə Türkiyə lideri bidiriib.

 

 


Sizin reklam burada
Sizin reklam burada