Türkiyə XİN Pakistandakı terror hücumunu pisləyib

Türkiyə XİN Pakistandakı terror hücumunu pisləyib
13 Sen 2025 22:10

Türkiyə Xarici İşlər Nazirliyi Pakistanın Xayber Paxtunxva əyalətində baş verən terror hücumunu ən sərt şəkildə pisləyib.

News365.az xəbər verir ki, nazirliyin yazılı açıqlamasında Xayber Paxtunxva əyalətində törədilən terror hücumu nəticəsində baş verən insan təlafatına görə dərin kədər hissi keçirildiyi bildirilib.

“Bu mənfur terror hücumunu ən güclü şəkildə qınayır, həyatını itirənlərə Allahdan rəhmət diləyirik”, - açıqlamada qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada