ABŞ nümayəndələri Taliban rəsmisi ilə görüşdü

ABŞ nümayəndələri Taliban rəsmisi ilə görüşdü
17:13

ABŞ prezidentinin girovlar üzrə xüsusi nümayəndəsi Adam Belerin başçılıq etdiyi nümayəndə heyəti Əfqanıstanın paytaxtı Kabilə səfər edib.

News365.az xəbər verir ki, bu barədə məlumatı Əfqanıstan XİN “X” hesabında paylaşıb. 

Bildirilib ki, Kabildə ABŞ nümayəndə heyəti və Taliban hərəkatı tərəfindən formalaşdırılan müvəqqəti hökumətdə XİN rəhbəri vəzifəsini tutan Əmir Xan Mottaki ilə danışıqlar keçirilib. 

Görüş zamanı əsas olaraq ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı yolları, eləcə də saxlanılan vətəndaşların mübadiləsi ilə bağlı məsələlər müzakirə edilib. 


Sizin reklam burada
Sizin reklam burada