Gürcüstan məhkəməsi Saakaşvilinin partiyasının sabiq sədrini həbs edib

Gürcüstan məhkəməsi Saakaşvilinin partiyasının sabiq sədrini həbs edib
13 Sen 2025 22:50

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin təsis etdiyi müxalif Vahid Milli Hərəkat Partiyasının sabiq sədri Levan Xabeişvili barəsində həbs qətimkan tədbiri seçib. 

News365.az xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, Xabeişvili təhlükəsizlik qüvvələrinə rüşvət təklif etməkdə və hökuməti devirməyə çağırışda ittiham olunur. 

Xabeişvilinin vəkilləri məhkəməyə müxtəlif tədbirlər, o cümlədən zaminə buraxılma, elektron qolbaq taxmaq və ev dustaqlığı təklif ediblər.


Sizin reklam burada
Sizin reklam burada