Dünya çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb
13 Sen 2025 23:10

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən düyna çempionatında finala yüksəlib.

News365.az xəbər verir ki, idmançı yarımfinalda Polşa təmsilçisi Robert Baranla üz-üzə gəlib. 

Rəqibini üstələyən Meşvildişvili həlledici görüşə vəsiqə qazanıb.

Medal qarşılaşmaları sabah baş tutacaq.

Nürəddin Novruzov (61), Kənan Heybətov (70 kq), Arseniy Djioyev (86 kq) əvvəlki raundlarda məğlub olublar. 

Qeyd edək ki, mundial sentyabrın 21-də başa çatacaq./Report


Sizin reklam burada
Sizin reklam burada