Bolqarıstanda hökumətin istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilib

Bolqarıstanda hökumətin istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilib
13 Sen 2025 23:30

Bolqarıstanın Sofiya şəhəri başda olmaqla, bir sıra şəhərlərdə vahid Avropa valyutasının tətbiqinə qarşı və hökumətin istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilib.

News365.az xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Bolqarıstan paytaxtının mərkəzində hərəkəti iflic edən etiraz aksiyasının təşkilatçısı "Dirçəliş" Partiyası olub.

"Etirazımızın mesajı təkdir – hökumətin istefası. Bu, Bolqarıstanı qorumaq, bolqar levini qorumaq üçün vacibdir", – deyə partiya lideri Kostadin Kostadinov jurnalistlərə bildirib.

Aksiya Bolqarıstan parlamentinin binası qarşısında, prezident administrasiyası və hökumət binasının yanında başlayıb. Daha sonra Sofiyanın küçələri ilə kütləvi yürüş təşkil olunub.

Paytaxtda asayişi gücləndirilmiş polis qüvvələri təmin edib.

"Dirçəliş" partiyasının nümayəndələri bildiriblər ki, kütləvi aksiyalar Varna, Plovdiv, Şumen və digər şəhərlərdə də keçirilib.



Sizin reklam burada
Sizin reklam burada