Ərdoğan Ağ Ev ziyarətindən razılıqla ayrıldı

Ərdoğan Ağ Ev ziyarətindən razılıqla ayrıldı
13:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərini dəyərləndirib.

News365.az xəbər verir ki, o, Ağ Evdə Prezident Donald Tramp və nümayəndə heyəti tərəfindən səmimi şəkildə qarşılandıqlarını bildirib.

    “Çox yaxşı qarşılandıq, məmnun ayrılırıq. Bu səfər atılan böhtanlarla ləkələnə bilməyəcək qədər gözəl idi”, -0 Ərdoğan vurğulayıb.

    Türkiyə dövlət başçısı həmçinin Türkiyə ilə ABŞ arasında ticarət əlaqələrinə toxunaraq 100 milyard dollarlıq hədəfin mövcud olduğunu və hər iki liderin bunu həyata keçirmək əzmində olduqlarını qeyd edib.


    Sizin reklam burada
    Sizin reklam burada