Ruslar mazut sızması səbəbindən ekoloji fəlakət yaşanmış turistik bölgə olan Anapada Yeni il tətili üçün sifarişlərini kütləvi şəkildə ləğv edirlər.
Bu barədə Rusiya mediasına Səyahət Agentlikləri Alyansının vitse-prezidenti Aleksan Mkrtçyan məlumat verib.
Mkrtçyan qeyd edib ki, sifarişlərin 90%-i artıq ləğv edilib:
“Axı insanların qışda Anapaya getməsində məqsəd nədir? Təmiz dəniz havası udmaq... İndi bütün sahil boyu neft məhsullarının buxarlanması səbəbindən bu mümkün deyil”.
Dekabrın 26-da Qara dənizə mazut sızması ilə əlaqədar Krasnodar diyarında federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib.