Psixi proseslər nöqteyi-nəzərindən qocalmanın başladığı hədd 25-35 yaş arası sayılır. Bu yaşdan sonra beynin funksional imkanları tədricən azalmağa başlayır. Bu barədə psixologiya elmləri namizədi, Avropa Tibb Mərkəzinin (EMC) neyropsixoloqu, Moskva Dövlət Psixologiya və Təhsil Universitetinin Neyrokoqnitiv Tədqiqatlar Mərkəzinin baş elmi işçisi Nikolay Voronin bildirib.
“Yaşla birlikdə beynin həcmində, xüsusən planlaşdırma, qərar vermə və yaddaş kimi daha yüksək zehni funksiyalardan məsul olan frontal və temporal bölgələrdə tədricən azalma müşahidə olunur. İnsanda neyronların sayı müəyyən yaşa qədər nisbətən sabit qalsa da, beyin qocaldıqca tədricən onları da itirir”, - mütəxəssis qeyd edib.
Bu. qocalmanın təbii prosesləri ilə əlaqədardır və neyronların itirilməsi stress, fiziki fəaliyyətin olmaması, xəstəlik kimi amillərlə ağırlaşa bilər.
Tural