Elnur Əliyev daha yüksək vəzifəyə təyin olundu - FOTO

Elnur Əliyev daha yüksək vəzifəyə təyin olundu - FOTO
27 Sen 2023 20:28

Azərbaycan Respublikası Təhsil İnstitutuna yeni direktor əvəzi təyin olunub.

Elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Elnur Əliyev təyinat alıb. O, bu vəzifəyə qədər nazirliyin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri olub.

Qeyd edək ki, institutun bundan əvvəlki direktoru Rüfət Əzizov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Sumqayıt Dövlət Universitetinə rektor təyin olunub.

 


Sizin reklam burada
Sizin reklam burada