Əliyar Ağayev Fatih Terimin komandasının oyununu idarə edəcək

Əliyar Ağayev Fatih Terimin komandasının oyununu idarə edəcək
25 Apr 2024 18:43

FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının oyununu idarə edəcək.

 "Yellowradio.gr" saytına istinadən xəbər verir ki, o, aprelin 28-də baş tutacaq "Panatinaikos" - "Aris" matçında ədaləti qoruyacaq.

Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar. Digər FIFA referisi Kamal Umudlu AVAR-da yer alacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. "Panatinaikos"a türkiyəli baş məşqçi Fatih Terim rəhbərlik edir.


Youtube kanalımız

Oxşar xəbərlər