"Ukrayna rəhbərliyi yadda saxlamalıdır ki, müttəfiqlərin dəstəyi qeyri-məhdud deyil və onun öz şərtləri var".
News365.az Ukraynanın "European Pravda" nəşrinə istinadən xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib.
Nazir vurğulayıb ki, Çexiya Kiyevin Avropa İttifaqı və NATO-ya inteqrasiya cəhdlərini dəstəkləyir və bu yolda Ukraynaya kömək edir. Lakin bir sıra tələblərin yerinə yetirilməsi şərti ilə bu yardım davam etdiriləcək.
"Ukrayna qanunun aliliyinə və korrupsiyaya qarşı mübarizə tədbirlərinə şübhə etmədiyi kimi, ölkədə islahatları ləngitməməlidir", - Lipavski bildirib.
O, əlavə edib ki, Praqa bu tələblərdən geri çəkilməyəcək.