Əkrəm İmamoğlu həbsdə səhhət problemi yarandı – xəstəxanaya köçürüldü

Əkrəm İmamoğlu həbsdə səhhət problemi yarandı – xəstəxanaya köçürüldü
25 İyl 2025 14:32

Dörd aydır Silivri Həbsxanasında saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu səhhətində yaranan narahatlıq səbəbilə xəstəxanaya yerləşdirilib.

News365.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, İmamoğlu belindəki şiddətli ağrılardan şikayətlənib və bu səbəbdən tibbi müayinədən keçmək üçün xəstəxanaya aparılıb. Müayinələrdən sonra isə o, yenidən saxlanıldığı həbsxanaya qaytarılıb.

Xatırladaq ki, Əkrəm İmamoğlu bu ilin yanvarında “vəzifəli şəxsə qarşı açıq təhqir”, “təhdid” və “terrorla mübarizə aparan şəxsləri hədəf göstərmək” ittihamları ilə məhkəmə qarşısına çıxarılmışdı. Sabiq bələdiyyə başçısı İstanbul Baş Prokuroru Akın Gürlek və onun ailəsi barədə səsləndirdiyi fikirlərə görə 1 il 8 ay həbs cəzasına məhkum olunmuşdu. Lakin “terrorla mübarizə aparanları hədəf almaq” maddəsi üzrə o, bəraət almışdı.

Hazırda İmamoğlunun səhhətinin stabilliyi barədə rəsmi məlumat açıqlanmayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada