Əfqanıstanda zəlzələdə ölən və yaralananların sayı artıb

Əfqanıstanda zəlzələdə ölən və yaralananların sayı artıb
01 Sen 2025 19:45

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 812 nəfərə çatıb.

News365.az xəbər verir ki, bu barədə mətbuat konfransında ölkə hökumətinin rəsmi nümayəndəsi Zabihulla Mücahid məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanların sayı isə 2817-yə çatıb.


Sizin reklam burada
Sizin reklam burada