“Edilməməli səhvlər edildi” - Tramp sui-qəsddən danışdı

“Edilməməli səhvlər edildi” - Tramp sui-qəsddən danışdı
13 İyl 2025 16:36

ABŞ Prezidenti Donald Tramp Pensilvaniyada keçirilən mitinqdə bir il əvvəl ona qarşı sui-qəsd cəhdinin araşdırılmasının nəticələrindən ümumilikdə razı olduğunu bildirib.

News365.az xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

“Mən dəfələrlə həm FTB, həm də Məxfi Xidmət tərəfindən məlumatlandırılmışam. Onlar mənə məlumat veriblər və mən bundan razıyam”, - Amerika lideri bildirib.

Lakin Tramp hüquq-mühafizə orqanlarının əməkdaşlarının həmin gün səhvlərə yol verdiklərini bəyan edib: “Onların binada adamı olmalı idi. Onlar yerli polislə əlaqə saxlamalı idilər. Edilməməli olan səhvlər edildi”.

Xatırladaq ki, 2024-cü il iyulun 13-də Tramp Pensilvaniya ştatında seçki kampaniyası mitinqində güllələnib. O, yüngül yaralanıb, qulağı zədələnib.


Sizin reklam burada
Sizin reklam burada