İbizada istirahət edən turist duzlu suda nəfəs aldıqdan sonra iflic olub.
News365.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
Məlumata görə, 37 yaşlı Britaniya vətəndaşı dənizdə üzərkən duzlu suda nəfəs alıb və bu da pnevmoniyaya və ağciyərin çökməsinə səbəb olub.
Hadisədən bir neçə saat sonra o, süni tənəffüs aparatına qoşulub.
Daha sonra turistin onurğa beynində də zədələnmələr aşkarlanıb. Boyun nahiyəsinin sabitləşdirilməsi üçün təcili əməliyyat keçirilib.
Həkimlər onun hərəkət qabiliyyətinin bərpa olunmasının mümkünsüz olduğunu bildiriblər. O, ömrünün sonunadək daimi tibbi yardıma ehtiyac duyacaq.
Hazırdareabilitasiya kursu keçir, artıq sərbəst nəfəs ala və bərk qida qəbul edə bilir.