Beyləqanda qadın bıçaqlanıb.
News365.az-ın məlumatına görə, hadisə rayonun Rəsulzadə küçəsində baş verib.
1993-cü il təvəllüdlü Mahmudlu Ülviyyə Rövşən qızı bıçaq xəsarəti almış vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ü. Mahmudlunun tibbi heyətə mübahisə zəminində həyat yoldaşının ona xəsarət yetirdiyini dediyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.