Bakının giriş-çıxış yolları NƏZARƏTƏ GÖTÜRÜLDÜ

Bakının giriş-çıxış yolları NƏZARƏTƏ GÖTÜRÜLDÜ
13:46

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxta giriş-çıxış yollarında fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə davamlı tədbirlər həyata keçirir.

Bu barədə News365.az-a BDYPİ-dən məlumat verilib.


Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda və paytaxtın giriş-çıxış yollarında nəqliyyatın hərəkət intensivliyini nəzərə alaraq, yollarda sıxlıqların qarşısının alınması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidməti nəzarəti gücləndirib:

"Xüsusilə günün pik saatlarında əlavə yol-patrul naryadları xidmətə cəlb olunub, hərəkət axınının tənzimlənməsi, dayanma-durma qaydalarının pozulmasının qarşısının alınması istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə, yol polisi əməkdaşlarının tələblərinə hörmətlə yanaşmağa çağırır və xatırladır ki, bu, hər kəsin təhlükəsizliyinin təmin olunmasına xidmət edir".


Sizin reklam burada
Sizin reklam burada