Dron və robotlar Avropada dənizləri təmizləyəcək

Dron və robotlar Avropada dənizləri təmizləyəcək
16:22

Avropa İttifaqı dəniz dibindən zibilləri aşkar etmək və toplamaq üçün süni intellektlə işləyən dron və robotlardan ibarət donanma qurur. Yeni layihə “SeaClear” adlandırılıb.

News365.az xəbər verir ki, artıq yeni üsul Avropada sınaqdan keçirilməyə başlayıb.

Avropa sahillərindəki suları daha təmiz saxlamaq üçün yalnız dəniz səthin təmizlənməsi kifayət etmir. Bu səbəbdən də  Avropa Birliyi dəniz dibində hərtərəfli təmizləmə fəaliyyətinə başlayır. Bu yeni layihənin mərkəzində xüsusi hazırlanmış dronlar və robotlar yer alacaq.


Sizin reklam burada
Sizin reklam burada