Draqone: "ABŞ qoşunlarının bir hissəsini Aİ-dən çıxara bilər"

Draqone: "ABŞ qoşunlarının bir hissəsini Aİ-dən çıxara bilər"
17 Fev 2025 17:17

Şimali Atlantika Alyansının Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqone diqqət çəkən açıqlamalar verib.

O,  Bloomberg agentliyinə müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar öz qoşunlarını Avropa İttifaqından qismən çıxara bilər. Lakin çətin ki, Vaşinqton NATO-nu tamamilə tərk etsin. 


“ABŞ NATO-dan çıxmayacaq. Lakin ABŞ-nin Sakit Okean hövzəsində götürdüyü bəzi öhdəliklərə görə Avropada yerləşdirilən 100 000 hərbçinin bir hissəsinin çıxarılması gündəmdə ola bilər”, - Draqon deyib.


O, həmçinin ABŞ-nin prioritetlərini dəyişdirdiyinə görə Aİ-nin müdafiə xərclərini artırması fikri ilə razılaşıb.

Fevralın 14-də ABŞ-nin vitse-prezidenti Vens bu mövzuda diqqət çəkən açıqlamalar vermişdi. O, Münhen Təhlükəsizlik Konfransında deyib ki, Amerika qoşunlarının əhəmiyyətli hissəsini Avropadan çıxarılmasını elan edə bilər. NATO ilk addım kimi ABŞ-ın 82-ci Hava Desant Diviziyasından qoşunlarını çıxara biləcəyini gözləyir.

Tural


Sizin reklam burada
Sizin reklam burada