Yardımlı rayonunda azyaşlı məktəbli qız müəllimi tərəfindən qaçırılıb.
Hadisə barədə ilk məlumatı jurnalist Rəşad Vəkiloğlu sosial şəbəkə hesabında paylaşıb.
İlkin məlumata görə, Sırıq kənd sakini 17 yaşlı yeniyetmə, rayonun Vərgədüz kənd sakini 33 yaşlı ingilis dili müəllimi Əzim Bulut oğlu Əhmədli tərəfindən qaçırılıb.
News365.az xəbər verir ki, hadisə ilə bağlı Sırıq kənd tam orta məktəbin direktoru dərhal hüquq-mühafizə orqanlarına məlumat verib. Müəllim Yardımlı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hər iki şəxsin izahatı alınıb. Müəllim keçmiş şagirdini evlənmək məqsədilə qaçırdığını bildirib. Əldə etdiyimiz digər bir məlumata görə, 17 yaşlı yeniyetmənin valideynləri "gələcək kürəkənlərindən" şikayətçi deyillər.
Qeyd edək ki, müəllimin bir müddət əvvəl həyat yoldaşından ayrıldığı bildirilir. Rəsmi qurumlardan isə hələlik hadisə ilə bağlı ətraflı açıqlama verilməyib.Faktla bağlı araşdırma aparılır.