Polşa təhlükəsizliyini gücləndirmək üçün Almaniya və Litva ilə sərhədlərə beş min hərbçi göndərəcək.
News365.az xəbər verir ki, bu barədə ölkənin Baş Qərargah rəisi general Vislav Kukula Polşa radiosunun efirində bildirib.
"5 min hərbçi sərhədə göndəriləcək. Onlardan 4 min nəfəri Polşa-Almaniya, min nəfəri isə Polşa-Litva sərhədində xidmət göstərəcək", - o bəyan edib.
General əlavə edib ki, qeyri-qanuni miqrasiya dövlət təhlükəsizliyinə əhəmiyyətli təhlükə yaradır: "Bundan başqa, sərhədlərin mühafizəsi Polşa ordusunun konstitusion vəzifələrindən irəli gəlir. Biz bu vəzifədən yayına bilmərik, əksinə, sərhədlərdə səmərəliliyi artırmalıyıq".
Qeyd edək ki, Polşa qeyri-qanuni miqrasiya ilə mübarizə məqsədilə iyulun 7-dən Almaniya və Litva ilə sərhədlərdə müvəqqəti nəzarət tətbiq etməyi planlaşdırır.