Sumqayıtda motosiklet iki piyadanı vurub

Sumqayıtda motosiklet iki piyadanı vurub
03 İyl 2025 22:45

Sumqayıtda motosikletin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi iki nəfərin xəsarət alması ilə nəticələnib.

News365.az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb. Hərəkətdə olan motosiklet yolu keçməyə çalışan iki kişini vurub. Yaralılar dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıblar.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, zərərçəkənlərdən biri – 1960-cı il təvəllüdlü şəxs – kəllə-beyin travması, digəri – 2006-cı il təvəllüdlü şəxs isə bud sümüyünün sınığı diaqnozu ilə hospitalizasiya olunub.


Sizin reklam burada
Sizin reklam burada