Provokativ açıqlamaları ilə tanınan məşhur amerikalı jurnalist Kendis Ouens ABŞ Prezidenti Donald Trampla olan söhbəti ilə bağlı gözlənilməz təfərrüat açıqlayıb.
Daha əvvəl Ouens iddia etmişdi ki, Fransanın lideri Emmanuel Makronun həyat yoldaşı Bricit Makron keçmişdə kişi olub. Jurnalistin sözlərinə görə, Tramp Parislə münasibətlərin mürəkkəbləşməsi üçün şəxsən ondan bu mövzunu gündəmə gətirməməyi xahiş edib.
Qeyd olunur ki, Makron Vaşinqtonda Ağ Evə səfəri zamanı Trampdan Bricit Makron haqqında məsələnin jurnalist tərəfindən araşdırılmasının qarşısını almaq üçün kömək istəyib. Bir qədər sonra ABŞ prezidenti birbaşa Ouensə zəng edib.
"Mən Bricitə yaxından baxmışam, biz Eyfel qülləsində nahar etmişik - o, qadın kimi görünür!" - deyən Tramp jurnalisti araşdırmanı dayandırmağa çağırıb.
Lakin Ouens öz fikrindən dönməyib və bildirib ki, Bricit Makron cinsiyyət dəyişdirmə üzrə mütəxəssisə müraciət edibmiş. Buna cavab olaraq Tramp ona təklif verib: əgər mövzudan geri çəkilsə, ödənişli müsahibə təşkil edəcək.
"Görünür, mənim nüfuzum böyükdür ki, prezident özü belə xahiş edir", - deyə jurnalist kanalında deyib.
Hələlik razılığın əldə olunub-olunmadığı bəlli deyil, lakin bu hadisə yenidən Fransanın birinci xanımı ətrafındakı şayiələrə diqqəti cəlb edib.