Silivridə baş verən yanğına görə bir nəfər saxlanılıb

Silivridə baş verən yanğına görə bir nəfər saxlanılıb
03 İyl 2025 21:45

İstanbulun Silivri rayonunda baş verən meşə yanğını ilə bağlı söndürmə işləri davam edir. 

News365.az yerli mediaya istinadla xəbər verir ki, İstanbul Valisi Davut Gül hadisə yerinə gələrək vəziyyəti yerində araşdırıb. 

Vali Gül açıqlamasında bildirib ki, yanğın bir şəxsin mangal yandırması nəticəsində çalılıq sahədə başlayaraq meşəyə sıçrayıb. Sözügedən şəxs artıq saxlanılıb. 

Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə davam etdirilir.



Sizin reklam burada
Sizin reklam burada