"Saziş imzalandıqdan sonra Donald Trampın Rusiya-Ukrayna müharibəsinə və ümumilikdə Rusiya ilə münasibətlərə dair hansı yeni fikirlər irəli sürəcəyini proqnozlaşdırmaq bir qədər çətindir."
Politoloq Əlimusa İbrahimov bunu News365.az-a açıqlamasında deyib.
"Çünki bildiyimiz kimi, Donald Trampın əsas problemi nə idi? Və ya irəli sürdüyü iddialar nə idi?
O, iddia edirdi ki, Avropa İttifaqı ölkələri Ukraynaya kredit əsasında yardım edir və bu yardımların əvəzində Ukraynadan müəyyən üstünlüklər əldə etməyi nəzərdə tutan bir paket və ya yardım prosesi həyata keçirilir. Lakin Amerika Birləşmiş Ştatları isə Ukraynaya kömək edərkən, ABŞ xalqının vergiləri hesabına toplanmış pulları əvvəlcədən qarşılığını almadan birbaşa verir. Onun əsas problemi də məhz bu idi: indiyə qədər verilmiş pulların və bundan sonra veriləcək iqtisadi, hərbi, siyasi və digər yardımların əvəzində ABŞ-ın nə əldə edəcəyi məsələsi Tramp üçün prioritet idi.