DİN silah-sursat aşkar etdi

DİN silah-sursat aşkar etdi
12:09

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

News365.az xəbər verir ki, dekabrın 12-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə silah-sursat aşkar edib.

Belə ki, onlar 3 avtomat silahı, 1 tapança, 6 tüfəng, 10 patron darağı, 882 ədəd müxtəlif çaplı patron, 23 ədəd top mərmisi, 18 mina və 28 ədəd giliz aşkar edərək götürüblər.


Sizin reklam burada
Sizin reklam burada