DGK-nın rüşvət almaqda ittiham edilən sabiq baş inspektorunun cəzası azaldılıb

DGK-nın rüşvət almaqda ittiham edilən sabiq baş inspektorunun cəzası azaldılıb
25 İyn 2025 19:45

Qaçaqmalçılıq yolu ilə gətirilmiş malların ölkəyə keçirilməsinə şərait yaratmaqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin sabiq baş inspektoru Cəmil İsmayılov barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

News365.az xəbər verir ki, Ali Məhkəmədə  keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilib. Cəmil İsmayılovun cəzası 8 il 6 aydan 7 il 6 aya endirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəmil İsmayılov 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd edək ki, təqsirləndirlən Cəmil İsmayılov Cinayət Məcəlləsinin 32.5, 206.3.1, 32.5, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar qaçaqmalçılığa köməklik), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib.




Sizin reklam burada
Sizin reklam burada