Deputatımız ABŞ-ə gedir

Deputatımız ABŞ-ə gedir
10:27

Deputat Vüqar Bayramov sentyabrın 2-də Vaşinqtona səfər edəcək. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən News365.az-a bildirilib ki, səfər çərçivəsində deputatımız “İnformasiya Texnologiyaları və İnnovasiya Fondu”  (İTİF) tərəfindən  təşkil olunacaq bir sıra görüşlərdə iştirak edəcək.

Tədbir çərçivəsində süni intellekt, rəqəmsal inkişaf, yaşıl enerji, innovasiya və texnoloji əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

Səfər sentyabrın 6-da başa çatacaq.


Sizin reklam burada
Sizin reklam burada