Dava edən deputatlara cəzalı maaş sistemi

Dava edən deputatlara cəzalı maaş sistemi
12:12

Türkiyə Böyük Millət Məclisində (TBMM) qanunvericilik prosesinin keyfiyyətini artırmaq və Plenar iclaslarda tez-tez yaşanan gərginliklərin qarşısını almaq məqsədilə yeni daxili nizamnamə yanaşması müzakirə edilir.

News365.az xəbər verir ki, Məclisin Araşdırma Xidmətləri Başkanlığı tərəfindən hazırlanan “Fransa Parlamentində Qanunvericilik, Nəzarət və Büdcə Prosesləri Hesabatı” millət vəkillərinə paylanıb. Hesabatda yer alan təkliflərin isə xüsusilə intizam məsələsində daha sərt sanksiyaların gündəmə gətirilməsini nəzərdə tutduğu qeyd olunur.

Hazırlanan çərçivə layihəsinə əsasən, Plenar iclas zalında deputatların davranışlarının dərəcələndirilmiş şəkildə cəzalandırılması planlaşdırılır. Ən aşağı səviyyədə şifahi xəbərdarlıq xarakteri daşıyan “töhmət” nəzərdə tutulur, daha sonrakı mərhələlərdə isə sanksiyaların tədricən ağırlaşdırılması təklif edilir.

Təklifə görə, protokollara düşəcək rəsmi xəbərdarlıq mərhələsində deputatın maaşından müəyyən faizdə kəsinti, töhmət mərhələsində isə bu kəsintinin daha da artırılması gündəmdədir. Ən ağır sanksiya kimi nəzərdə tutulan müvəqqəti uzaqlaşdırma zamanı isə deputatın müəyyən müddət Məclis iclaslarında iştirak edə bilməməsi, binaya girişinin məhdudlaşdırılması və iki aya qədər maaş kəsintisi tətbiq edilə bilər.

Qeyd olunur ki, bu yanaşma xüsusilə kürsüdə təhqir, təhdid və ya fiziki müdaxilə hallarının qarşısını almaq məqsədilə atılır. (Mənbə Unikal.az)


Sizin reklam burada
Sizin reklam burada