Rusiyanın Belqorod vilayətinin sakini küçədə alışqana bənzəyən əşya tapıb. O, "alışqan"ı götürən zaman mina partlayışı səviyyəsində travmalar alıb. Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram-kanalında məlumat verib.
Hadisə Volokonovski rayonunun Afonyevka kəndində baş verib.
"18 yaşlı oğlan küçədə alışqan kimi əşya tapıb və onu götürüb. Əşya gəncin əlində partlayıb. Şükürlər olsun ki, xəsarətlər amputasiya səviyyəsində ola biləcək qədər ciddi olmayıb. Sağ əlin çoxsaylı yaraları olub”, - Qladkov yazıb.
Zərərçəkmiş təcili tibbi yardım maşını ilə rayon xəstəxanasına çatdırılıb, ona bütün lazımi tibbi yardım göstərilib. O, evdə müalicə alacaq.
Hazırda fövqəladə hallar xidməti hadisənin başvermə şəraitini müəyyənləşdirir.
Tural