Dağıstanın hökumət administrasiyasının binasında axtarışlar aparılır

Dağıstanın hökumət administrasiyasının binasında axtarışlar aparılır
11:52

Rusiyanın təhlükəsizlik qüvvələri Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedova görə respublika başçısı və hökumətinin administrasiyasının binasındakı ofislərində axtarışlar aparır. Bu barədə TASS təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.


Mahaçqala administrasiyasından agentliyə bildirilib ki, əməliyyat tədbirləri şəhər meriyasının struktur bölmələrində də aparılıb. Memarlıq və şəhərsalma şöbəsində, əmlak və torpaq münasibətləri şöbələrində axtarışlar aparılıb.


TASS-ın digər mənbəsinə görə, cinayət işi çərçivəsində Maqomedovla əlaqəli ünvanlarda axtarışlar aparılır.

Tural


Sizin reklam burada
Sizin reklam burada