Mərhum əfsanəvi müğənni Conni Keşin ailəsi “Coca-Cola” şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.
News365.az xarici KİV-ə istinadən xəbər verir ki, Conni Keşin varisləri nəhəng içki brendini reklam çarxında onun səsini təqlid edən ifaçıdan istifadə etməkdə ittiham ediblər. İddianın Tennessee ştatının məşhurların obraz və səs hüquqlarını qoruyan “ELVIC Act” qanununun pozulması ilə əsaslandırıldığı bildirilir.
Ailə reklamın dərhal dayandırılmasını, həmçinin qanunsuz istifadə ilə bağlı maddi təzminat tələb edir.
“Coca-Cola” isə məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.
News365.az