Cinsi orqanını it dişlədiyi üçün "Araz-Naxçıvan"la oyunu buraxacaq

Cinsi orqanını it dişlədiyi üçün "Araz-Naxçıvan"la oyunu buraxacaq
31 İyl 2025 14:26

 “Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasındakı rəqibi olan “Aris”in oyunçusu Karlos Peres ciddi xəsarət alıb.

News365.az xəbər verir ki. "Barselona"nın sabiq ispaniyalı futbolçusu küçədə dalaşan iki iti ayırmaq istəyəndə, onlardan biri onun cinsi orqanını dişləyib. Hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilən Peresin xəsarət alan nahiyəsinə 6 tikiş atılıb.

 O, “Araz-Naxçıvan”la keçiriləcək cavab matçında meydana çıxa bilməyəcək.

News365.az


Sizin reklam burada
Sizin reklam burada