Çingiz Abdullayev: “Ramiz Mehdiyevə heç vaxt hücum etmərəm!” – Qalmaqal

Çingiz Abdullayev: “Ramiz Mehdiyevə heç vaxt hücum etmərəm!” – Qalmaqal
09:54

Xəbər verdiyimiz kimi, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev Azərbaycan ədəbiyyatı və dilinin təbliği ilə bağlı səsləndirdiyi fikirlərlə ictimaiyyətdə ciddi rezonans doğurub.

News365.az Musavat.com-a istinadən xəbər verir ki, Çingiz Abdullayevin "Azərbaycan ədəbiyyatı və dilini təbliğ etmək üçün artıq iki ildir ki, sanki alçalaraq pul istəyirik. Bəlkə mənimsənilmiş pulların bir faizini mədəniyyətin təbliğatı üçün xərcləməyə qərar vermək lazımdır?” deməsi ilə sosial şəbəkə istifadəçilərinin bir qismi yazıçının “mənimsənilmiş pullar” ifadəsi ilə konkret olaraq Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin evində aşkar edildiyi bildirilən külli miqdarda vəsaiti nəzərdə tutduğunu iddia edib.

Artan ittiham və şərhlər fonunda Çingiz Abdullayev məsələ ilə bağlı gecikmədən münasibət bildirib. O, sosial şəbəkə hesabında yayımladığı açıqlamada səsləndirilən iddiaları qəti şəkildə təkzib edib:

"Bu yalandır. Mən heç vaxt dəstə halında hücum etmirəm. Mən mədəniyyət üçün faiz haqqında yazdım. Oğurlanan bütün pullardan. Mən heç vaxt işindən qovulanlara hücum etmirəm".

 


Sizin reklam burada
Sizin reklam burada