Rus dərdə düşüb,
Bir yanı Çin, bir yanı Hind.
Tarixin şahidliyi bu ikinin coğrafiyaları necə bir hala gətirdiyini söylər. İnsanların yazdığı tarixdə isə bu görünməyən izdir. Qərb olaraq tanıdığımız Avropada həyat tərzi, düşüncə, dil öz əsasında Hind yükü daşıyır. Avropalılar metafora ilə söyləsək Ağ hindlilərdirlər.
Çinli olaraq tanıdığmızların isə dünyada bir izi vardır ki, o da onlarla əkiz qardaş olan Türklərdir.
Çin və Hind yeni dünya düzəninin əsas güc mərkəzi uğrunda
ölümcül bir müharibəyə başlayıblar. Amerika, Avropa, Rusiya kimi dünəndən qalan güc itirənlərin də dərdi budur.
Siyasətin çarxı dönür, Çin və Hindin müharibəsindən çıxan dünyada kim qazanacaq?
Çin "kommunist", Hind "millətçi" bir siyasətlə hər yerdədir, idarəetmənin təməl modelləri bu iki əsas üzərindən yenidən çərçivələrini quracaq görünür.Nə liberal, nə demokratik, nə qlobal, bu anlayışlar bitdi.
Çin "Çoxluq" istəyir, Hind "tək"lik dərdindədir. Bu savaş minlillərin "çin-hind" savaşının əsasıdır.
Çin "çoxluğun hakimiyyəti"ni, Hind "tək"lərin hakimiyyətini təklif edir. Çin "şəkilçi", Hind "mənaçı" dünyadır. Digər "dünya"lar da bu ikinin əsiri kimi yaşar.
Rus hindin davamıdır, monqol da hindin davamı olaraq tarixə girmişdi, bitirildi. Rus da bu dönəmini yaşayır.
"Yeni texnologi dünya"nın qurucuları Hind və Çin üzərindən dünyaya yayılacaq "çoxluq və təklik"lə yenidən üz üzədir.
Qafqaz hər zaman Hində açılan qapıdır, Çin Qafqazı tanımaz və anlamaz.
Çin Kommunist Partiyasının sonuncu mirasçısıdır. Sovet dağılandan sonrakı bir çox Respublikalar Rusiya Fedarasiyasının deyil, Çin Kommunist Partiyasının nəzarətinə keçdi. Çin Kommunist Partiyasının qoruduğu "Mərkəzi Komitə qərarları" o qədər incə siyasət üzərində quruldu ki, Sovetdən ayrılan Respublikalar bötüvlükdə Çin Kommunist Partiyasının icraçılarına çevrildilər.
Hindistan Xalq Partiyasının 180 milyon üzvü var,
Hakimiyyətdədir. Çinin qarşısındakı ən böyük gücdür. "Hindutva"ya Hindilik millətçiliyinə əsaslanır.
Biri "millətçi", digəri "kommunist"...
Avropanın Hindistanı "Amerika" tarixin mərkəzindən çıxmaq üzrədir.
"Məna millətçisi" ilə "şəkliçi kommunist" arasındakı səssiz savaş göz önündə olan "şahmat taxtası"dır, üzərindəki fiqurlar və oyunçular çarəsiz kuklalardır.
Şahmat taxtasını tanımayan şahmat oynasa nə olur, oynamasa nə olur.
Bu da günümüzün rəsmi idi, şəklini şəkməyə çalışdım.
İdris Heydərli, publisist