Çin: "ABŞ-nin tarifləri humanitar böhrana səbəb olacaq"

Çin: "ABŞ-nin tarifləri humanitar böhrana səbəb olacaq"
12 Apr 2025 10:30

ABŞ-nin tarifləri bir sıra ölkələrdə humanitar böhrana səbəb ola bilər. Çin Ticarət Nazirliyinin saytı xəbər verir ki, bunu Çinin ticarət naziri Van Ventao Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonjo-İveala ilə söhbətində bildirib.


Söhbət zamanı bir sıra mövzular, o cümlədən ABŞ-nin tarifləri, çoxtərəfli ticarət sisteminin müdafiəsi və ÜTT-nin rolunun yerinə yetirilməsini təmin etmək məsələləri müzakirə olunub.

"ABŞ-nin tarifləri inkişaf etməkdə olan ölkələrə, xüsusən də ən zəif inkişaf etmiş ölkələrə böyük zərər vuracaq və hətta bu, humanitar böhrana səbəb ola bilər", - Vanq Ventao bildirib.

Aprelin 11-də Çin Ticarət Nazirliyi məlumat yaymışdı ki, Çin Amerika tariflərinin son artımı ilə əlaqədar Ümumdünya Ticarət Təşkilatına yeni iddia qaldırıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada