Çimərlikdən dünyadan gizli saxlanılan raketin qalıqlarını tapdılar - FOTOLAR

Çimərlikdən dünyadan gizli saxlanılan raketin qalıqlarını tapdılar  - FOTOLAR
20 Apr 2024 11:23

ABŞ-nin Massaçusets ştatının Keyp-Kod adasının çimərliyində sirli artefakt aşkarlanıb. Onun "Soyuq Müharibə" dövrünə aid olan və tam şəkildə məxfi saxlanılmış raketin qalıqları olması üzə çıxıb.

News365.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

Qeyd edilib ki, təyyarə gövdəsinin bir hissəsinə bənzəyən "artefakt" aprelin əvvəlində tapılıb. "Artefaktı" araşdıran mütəxəssislər onların qarşısında "RCAT" raketinin bir parçasının olduğunu anlayıblar.

RCAT-lar 1940 və 1950-ci illərdə ordunun Keyp-Koddakı o vaxtkı "Camp Wellfleet" təlim bazasında zenit bölmələri üçün hədəf kimi istifadə olunub. "Fox" xüsusi olaraq vurğulayıb ki, RCAT proqramı o zaman “tam məxfi” kimi təsnif edilirmiş.

Tural


Youtube kanalımız
Çimərlikdən dünyadan gizli saxlanılan raketin qalıqlarını tapdılar  - FOTOLAR
Çimərlikdən dünyadan gizli saxlanılan raketin qalıqlarını tapdılar  - FOTOLAR

Oxşar xəbərlər