Ceyms Di Vensin bölgəyə səfəri Azərbaycana nə qazandırdı?

Ceyms Di Vensin bölgəyə səfəri Azərbaycana nə qazandırdı?
18:23

Vensin Azərbaycana səfərində siyasi amillərlə yanaşı iqtisadi amillər də diqqət mərkəzində idi. Cənub Dəhlizinin yaradılması, Zəngəzur dəhlizinin təkcə Azərbaycan üçün yox bütün dünya üçün əhəmiyyətli olduğunu artıq digər ölkələrin də qəbul etməsi bu səfər nəticəsində tam təsdiqini tapdı. Bütün bunlar Azərbaycanın gələcəyə hesablanmış uğurlu addımlarının nəticəsidir.

Bunları News365.az-a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov deyib. Millət vəkili qeyd edib ki, Ceyms Di Vens Azərbaycanla Ermənistan arasında sülhün əsas təminatçısı kimi iqtisadi əlaqələri göstərib. Bu da Azərbaycanın münaqişənin həlli üçün bü günə qədər atdığı atdımlara uyğun gəlir. Məşhur Məmmədov əlavə olaraq qeyd edib:

"TRIPP-nın birbaşa olaraq ABŞ tərəfindən dəstəklənməsi qonşu ölkələrə də verilən mesajdır. Bununla Azərbaycanın regiondakı mövqeyi daha da güclənir. Digər vacib məsələ isə odur ki, bu görüşlərdə ermənilərin gözləntiləri özlərini doğrultmadı. Vensin Azərbaycanda həbsdə olan seporatçılar barəsində danışmaması, Ermənistanda olarkən qondarma soyqırım hadisəsinə soyuq yanaşması, ölkəmizi regionda ABŞ-nin ən böyük dəstəkçisi adlandırması da Azərbaycan üçün siyasi uğur kimi qiymətləndirilməlidir. Çünki bütün bunlar revanşist ermənilərin gələcəkdə atacaqları hər hansı bir addımda ABŞ-nin dəstəyini ala bilməyəcəklərinə işarədir. Biz gördük ki, Birləşmiş ştatlar həqiqətən də regiona sülh gətirmək istəyir. Rəsmi Vaşinqton bölgənin gələcəyində qarışılıqlı münasibətlər və iqtisadi əlaqələr nəticəsində inkişaf etmiş ölkələr görmək niyətindədir".


Sizin reklam burada
Sizin reklam burada