Ceyhun Bayramov Mirzoyanla Nyu-Yorkda görüşdü

Ceyhun Bayramov Mirzoyanla Nyu-Yorkda görüşdü
10:23

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.

News365.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2025-ci il avqustun 8-də baş tutan tarixi Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, tərəflər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.

Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər.


Sizin reklam burada
Sizin reklam burada