Moskvada G.N. Speranski adına Xəstəxananın həkimləri təsadüfən barmaq böyüklüyündə batareya udmuş uşağı xilas edə biliblər. Bu barədə paytaxtın Səhiyyə İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"12 yaşlı xəstə tibb müəssisəsinə valideynləri tərəfindən gətirilib. Onlar oğlanın televizorun pultunun batareyasını udduğunu bildiriblər. Hadisənin baş verməsi ilə onun kömək istəməsi arasında çox az vaxt keçib. Bu müddət ərzində yad cismin bağırsağa düşməyə vaxtı olub. Həkimlər dərhal yad cismi əməliyyatla götürmək qərarına gəliblər", -məlumatda qeyd edilib.
Uşaq cərrahı və 1 nömrəli cərrahiyyə şöbəsinin müdiri İqor Xvorostov deyib: "Əvvəlcə tibb işçiləri həm mümkün fəsadları, həm də yad cismin yerini müəyyənləşdirmək üçün laparoskopiya ediblər. Sonra endoskopik müayinə apardılar, bu zaman xüsusi ilmədən istifadə edərək litium batareyasını çıxardılar".
Həkim onu da əlavə edib ki, batareyanın oksidləşməyə vaxtı olmayıb, ona görə də daxili orqanların kimyəvi yanmasının qarşısı alınıb. Mütəxəssislər onun da vurğulayıblar ki, oğlan iki gündən sonra tam sağlam halda evə buraxılıb.
Tural