Cəlilabaddan dəhşətli xəbər gəldi: Yaralılar var

Cəlilabaddan dəhşətli xəbər gəldi:  Yaralılar var
25 Apr 2024 20:40

Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Şabanlı kəndində qeydə alınıb.

"VAZ 2106" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaclara çırpılıb.

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(Apa)


Youtube kanalımız

Oxşar xəbərlər